bölmədə 5632 material var

Tarix: 08/07/11 “eBay” mobil ödənişlər xidmətini satın alacaq

“EBay” internet hərracı “Zong” mobil ödənişlər xidmətini əldə etmək haqqında razılaşıb. Razılaşmanın dəyəri təxminən 240 milyon dollar təşkil edib.“eBay” əldə edilmiş ödəmə xidməti sistemi ilə onlayn hərrac “PayPal “ın mövcud bazasını birləşdirməyi planlaşdırır. Qeyd edək ki, hazırda “PayPal” istifadəçilərinin sayı 100 milyon insan civarında qiymətləndirilir.

Tarix: 08/07/11 “Facebook” istifadəçilərinin sayı durmadan artır

“Facebook” şirkətinin sahibi Mark Sukerberq rəsmən bildirib ki, sosial şəbəkə istifadəçilərinin sayı 750 milyona çatıb."Bizim yubiley istifadəçisinin qeydiyyatı haqqında bildirməməyimizin səbəbi ondan ibarətdir ki, indi “Facebook”da hesabların sayı bizim üçün artıq elə də əhəmiyyətli deyil" – deyə Sukerberq bildirib.

Tarix: 08/07/11 “Google” “Google+”da yeni istifadəçilərin qeydiyyat prosesini bərpa edib

Yeni “Google+” sosial sistemində yeni qeydiyyatların həftəlik bloklanmasından sonra internet-nəhəng sistemdə yeni istifadəçilərin qeydiyyatını bərpa edib.

Tarix: 08/07/11 “App Store” internet mağazasında satılan proqramların həcmi artıb

“Apple” “App Store iPod”, “iPad” və “iPhone” üçün 15 milyarddan çox proqram satıb. “App Store” internet mağazası 2008-ci ildən mövcuddur. İndi mağaza vasitəsilə təxminən 425 min proqram satılır,həm də onlardan 100 mini xüsusi olaraq “iPad” üçün hazırlanıb.

Tarix: 07/07/11 Gələn ildən internet vasitəsilə şirkət yaratmaq mümkün olacaq

Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatına başlamaq üçün ən mühüm şərt elektron imzanın tətbiq edilməsidir. Vergilər nazirinin I müavini Natiq Əmirov bildirib ki, hazırda bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aktiv iş aparılır. N.Əmirovun sözlərinə görə, yaxın vaxtlarda elektron imzanın tətbiqinə başlanacaq:

Tarix: 07/07/11 Türk saytları yenidən hədəfdə

“Anonymous” haker qrupu bildirib ki, onun hərəkatı “AntiSec” Türkiyədə bu il avqust ayına planlaşdırılan internet-filtrasiyanın yeni qaydalarına qarşı etiraz edərək bir neçə türk saytını sındırıb. Qrupun bəyanatında bildirilib ki, onlar tərəfindən Türkiyədə

Tarix: 07/07/11 Sosial şəbəkə “Google”a 500 milyard dollara başa gəlib

“Creative Good” şirkətinin həmtəsisçisi Fil Terri “Google+” layihəsinin təxminən 585 milyon dollara başa gəldiyini hesablayıb. “Google+” üzərində təxminən 500 insandan ibarət komanda işləyir, onlardan hər birinin orta maaşı isə 250 min dollardır

Tarix: 07/07/11 Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün on-layn qeydiyyat sisteminin təqdimatı olub

Azərbaycanda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün on-layn rejimində qeydiyyata alınmasına başlanması ilə əlaqədar təqdimat mərasimi keçirilib.

Tarix: 07/07/11 NATO yenidən virtual hücuma məruz qaldı

“Inj3ct0r Team” kimi tanınan haker qrupu NATO ittifaqına aid olan serveri qırdıqlarını bildiriblər. Haker qrupunun iştirakçıları “Media Fire fayl” hostinqində “NATO Tomcat 5.5 Servlet Backup” arxiv faylını yerləşdiriblər. Hakerlər iddia edirlər ki, onlar NATO serverinə administrator girişi almağı bacarıblar.

Tarix: 07/07/11 “Google” 11 milyon saytı silib

“Google” “.co.cc” domen zonasında yerləşən 11 milyondan çox sayt haqqında məlumatları silib. Səbəb kimi bu domenin demək olar ki, tamamilə spam və fırıldaqçı layihələrdən ibarət olduğunu bildirib. Qeyd edək ki, “.co.cc” domeni “.co.uk” və ya “.msk.ru” kimi rəsmən icazə verilmiş ikinci səviyyə domeni deyil. Bu domen Koreya şirkətinə aiddir.

Tarix: 07/07/11 “Facebook” və “Skype” videoçat istifadəyə verdi

“Facebook” sosial şəbəkəsində videoçat istifadəyə verilib. Xidmətin işə salınması haqqında resurs administrasiyası dünən Palo-Alto (Kaliforniya) şəhərindəki “Facebook” qərargahında keçirilən tədbirdə məlumat verib.

Tarix: 06/07/11 “Hotmail” 15 yaşında

Bu gün ən iri elektron poçt xidməti olan “Hotmail” öz 15 illiyini qeyd edir. “Microsoft Azərbaycan” şirkətindən verilən məlumata görə,

Tarix: 06/07/11 “Microsoft”a itki üz verib

“Microsoft” kollektivi daha bir dəyərli əməkdaşını itirib. Proqram nəhənginin rəqibi – internet nəhəngi “Google” onu ələ keçirib. Həmin əfsanəvi əməkdaş “Microsoft”un bütün mövcudluğu dövründə tarixə ən gənc layihə meneceri kimi düşmüş Sanaz Axaridir.

Tarix: 06/07/11 “Google” bəzi xidmətlərinin adlarını dəyişdirəcək

“Google” şirkəti ona aid olan xidmətlərdən bəzilərinə başqa adlar vermək niyyətindədir. Mətbuatın yaydığı bu xəbəri “Google” şərh etməkdən imtina edib.

Tarix: 06/07/11 “Azercell” online müştəri xidmətini istifadəyə verir

“Azercell” online müştəri xidmətlərini istifadəyə verir. İyulun 6-dan etibarən hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər şirkətin rəsmi “www.azercell.com” saytında qeydiyyatdan keçməklə online müştəri xidmətlərindən yararlana biləcəklər.








23 Noyabr 2024

22 11 2024