bölmədə 5632 material var

Tarix: 03/03/14 “WhatsApp” messencerində trafiki deşifrləyən boşluqlar aşkar edilib

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər deyirlər ki, populyar “WhatsApp” mobil messencerində aşkar edilmiş boşluq nəticəsində 450 milyondan çox istifadəçi hakerlərin “qurban”ı ola bilər.

Tarix: 01/03/14 Avropada istifadəçilərin daxil olmaq istədikləri resursların dörddə bir hissəsi blok edilir

 Avropa Komissiyası tərəfindən 28 min internet istifadəçisi arasında keçirilən tədqiqata əsasən, istifadəçilərin daxil olmaq istədikləri resursların dörddə bir hissəsi blok edilir.

Tarix: 28/02/14 “Google” istifadəçilərinə onlayn təlim keçəcək

“Google” şirkəti “Oppia” adlı yeni onlayn təlim xidmətinin istifadəyə verilməsi haqda elan verib.

Tarix: 28/02/14 Varlı amerikalıların 99 faizi internetdən istifadə edir

İnternetdən aktiv istifadə edən varlı amerikalıların payı 99 faizə çatıb. Bu barədə “Pew Research Center” saytında dərc edilən sosioloji tədqiqatda deyilir.

Tarix: 28/02/14 “ICANN” yeni domen qeydiyyata alıb

Qlobal domen ünvanlaşdırmasının əsas serverlərinin reyestrlərində Rusiyanın ilk kiril əlifbalı “.ДЕТИ” domeni haqda yazı dərc edilib.
 

Tarix: 28/02/14 “LINE” səsli zəng xidmətini istifadəyə verəcək

Mesajlarla ani mübadilə xidməti göstərdiyi xidmətlərin siyahısını genişləndirmək niyyətindədir. İstifadəçilər artıq gələn aydan səsli zənglər də edə biləcəklər. Yeni xidmətin istifadəsi mart ayına planlaşdırılıb.

Tarix: 28/02/14 Avropa Parlamenti genişzolaqlı rabitənin inkişaf büdcəsini 1 milyard avroyadək azaldıb

Avropa Parlamenti genişzolaqlı rabitə və elektron xidmətlərinin inkişafı layihələrinin maliyyələşdirilməsi büdcəsini 1 milyard avro məbləğində təsdiq edib, halbuki bir il əvvəl bu məqsədlər üçün 9,2 milyard avronun ayrılması nəzərdə tutulmuşdu.

Tarix: 28/02/14 “Yahoo!”-nun videoçatı izlənilirmiş

“The Guardian” qəzeti yazır ki, Britaniyanın Hökumət Rabitəsi Mərkəzi (GCHQ) “Yahoo!”-nun saytında videoəlaqə xidmətinin istifadəçilərini izləməkdə ittiham olunur. İstifadəçilərin izlənməsi ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Tarix: 27/02/14 Xəzər Dəhlizi Konfransında regionun informasiya texnologiyaları sahəsində inkişaf potensialı müzakirə ediləcək

Martın 7-də Böyük Britaniyada Xəzər Dəhlizi Konfransı keçiriləcək. Londonda baş tutacaq tədbirdə regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək.

Tarix: 26/02/14 Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 minə yaxınlaşıb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

Tarix: 26/02/14 Xarici sərmayədarlar Azərbaycanın internet bazarına maraq göstərir

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər dünyanın bir çox iri şirkətlərinin diqqətini  çəkməyə başlayıb.
 

Tarix: 26/02/14 Dövlət Komissiyası elektron sorğuların statistikası və məzmununu açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron poçt ünvanına yanvar ayı ərzində daxil olan sorğuların statistikası və məzmunu bəlli olub.

Tarix: 26/02/14 Cari ilin sonunadək Dubay taksiləri internetə pulsuz çıxışla təchiz ediləcək

Dubay sakinləri və turistlər şəhər taksilərində pulsuz internetdən istifadə edəcəklər. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “The National” nəşri Dubay Yol və Nəqliyyat İdarəsinin (RTA) nümayəndəsinə istinadən məlumat verib.

Tarix: 26/02/14 Bu il dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumunun keçirilməsi nəzərdə tutulur

Bu il dünya azərbaycanlılarının daha geniş coğrafiyada onlayn forumunu keçirməyi düşünürük.

Tarix: 26/02/14 ABŞ başqa ölkələrin peyklərini izləyəcək

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq.
“Defense News” nəşrinin məlumatına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton bildirib.








23 Noyabr 2024

22 11 2024