Tarix: 19/12/13 Bir il ərzində axtarış trafikinin həcmi azalıb

“Shareaholic” ekspertlərinin yeni araşdırmasına əsasən, 2012-ci ilin noyabrından 2013-cü ilin noyabrına kimi axtarış trafikinin həcmi azalıb, sosial trafikin həcmi isə iki dəfə artıb.
Tarix: 18/12/13 Qeyri-adi istək

“The Straits Times” nəşri yazır ki, Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi “Facebook” sosial şəbəkəsində 1 milyon "layk" istəyib.
Tarix: 18/12/13 “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi məktəblilər arasında keçirilə bilər

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini davam etdirmək məsələsini müzakirə edir.
Tarix: 18/12/13 “PayPal” yeni şirkət satın alıb

Dünyanın ən böyük elektron ödəmə sistemi “PayPal” San-Fransisko şəhərində yerləşən “Stack Mob” şirkətini satın almasını təsdiqləyib.
Tarix: 18/12/13 “Wi-Fi” operator avadanlığının alışına 8,5 milyard dollar xərclənəcək

Yaxın beş ildə “Wi-Fi” operator avadanlığının alışına ümumilikdə 8,5 milyard dollar xərclənəcək.
Tarix: 18/12/13 Nelson Mandela və Pol Uoker ilin əsas mövzusu olub

2013-cü ildə istifadəçilər “Google” axtarış sistemində ən çox CAR-ın keçmiş lideri Nelson Mandela və Hollivud aktyoru Pol Uoker haqqında informasiya axtarıblar. Şirkətin rəsmi bloqu bildirdiyi kimi, ekspertlər 72 ölkədən axtarış sorğularını qiymətləndirirdilər.
Tarix: 17/12/13 “Facebook” sosial şəbəkəsində “Yardım et” düyməsi istifadəyə verilib

“Facebook” sosial şəbəkəsində "Yardım et" düyməsi istifadəyə verilib. “The Los Angeles Times” nəşri yazır ki, yeni funksiya xeyriyyə təşkilatlarının səhifələri və postlarında görsənəcək.
Tarix: 17/12/13 5 il sonra “LTE” şəbəkəsindən 2 milyard insan istifadə edəcək

2013-cü ilin yekununa görə, dördüncü nəsil “Long Term Evolution” (LTE) mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 238 milyon təşkil edəcək. “Strategy Analytics” tədqiqat agentliyi əməkdaşlarının proqnozuna əsasən, 2018-ci ildə bu göstərici 2 milyardı ötəcək.
Tarix: 17/12/13 “Facebook” bu həftə videoreklam istifadəyə verir

Dünyanın ən iri sosial şəbəkəsi “Facebook” bu həftənin sonuna kimi öz səhifələrində videoreklam satmağa başlayacaq.
Tarix: 17/12/13 Leyla Əliyevanın rəsmi saytı yeniləndi

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilib.
Tarix: 17/12/13 Vinton Sörf Hesablama Texnikası Assosiasiyasına rəhbərlik edir

“Google” şirkətinin vitse-prezidenti Vinton Qrey Serf (Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə “ACM”-in (Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib. O, 1967-ci ildən assosiasiyanın üzvüdür.
Tarix: 17/12/13 “Cisco”: 2014-cü ildə “Əşyalar interneti” inkişaf edəcək

“Cisco” şirkətinin mütəxəssisləri 2014-cü ildə internet şəbəkəsinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Tarix: 16/12/13 “Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq

Cənubi Koreyanın “Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq. Aparat ağ və mavi rənglərdə əlçatan olacaq.
Tarix: 16/12/13 Sazz 4G İnternet “Yeni il kampaniya”sına başladı

Qarşıdan gələn yeni il münasibəti ilə dekabr ayının 16-dən etibarən Sazz 4G İnternet provayderi ənənvi hədiyyə və güzəştlər kampaniyasına start verdi. 2014-cü il yanvarın 19-dək davam edəcək kampaniya günlərində həm abunəçi olmaq istəyənlərə, həm də mövcud müştərilərə cəlbedici hədiyyə və güzəştlər təqdim olunacaq.
Tarix: 16/12/13 Səudiyyə Ərəbistanı hakimiyyəti “WhatsApp” və “Viber” messencerlərinə çıxış imkanı yaradıb

Ötən şənbə günündən etibarən Səudiyyə Ərəbistanının telekommunikasiya tənzimləyici orqanı yerli istifadəçilər üçün “Viber” və “WhatsApp” mobil messencerlərinə çıxış imkanı yaradıb. Bundan əvvəl hər iki məhsul istifadəçilər üçün bloklanmışdı, çünki hakimiyyət trafiki monitorinq etmək imkanına malik deyildi.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248