Tarix: 28/10/13 Sualtı “Wi-Fi” şəbəkəsi yaradılacaq

ABŞ-ın Buffalo Universitetinin tədqiqat qrupu “Wi-Fi” bağlantısını okeanın dibində qurmağa imkan verən sualtı simsiz şəbəkə yaratmağa nail olub.
Tarix: 26/10/13 “Sazz İnternet” Zaqatala şəhərində fəaliyyət göstərməyə başladı

İndi şəhər sakinləri “Sazz 4G” xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.
Tarix: 26/10/13 Saytlara daxil olmaq üçün yeni üsul hazırlanıb

Amerikadan olan proqramçı Stiv Gibson saytlarda tanınma – autentifikasiya üçün yeni üsul hazırlayıb. Proqramçı yeni üsulu “SQRL – (Secure QR Login)” standartı adlandırıb.
Tarix: 25/10/13 “Mail.Ru”nun üçüncü rübdə mədaxili üç dəfə artıb

“Mail.Ru” bu ilin üçüncü rübündə həyata keçirdiyi işlərlə bağlı hesabat verib.
Tarix: 25/10/13 “Instagram” gələn həftədən reklam nümayişinə başlayacaq

“Instagram” fotoxidmətindən bildirilib ki, gələn həftədən etibarən ABŞ-da istifadəçilər üçün foto və videoreklam nümayişi üçün sınaq proqramın reallaşdırılmasına başlanacaq.
Tarix: 25/10/13 “VikiHərəkat” çərçivəsində Lənkəranda təlim başlayır
_300.jpg)
“VikiHərəkat” çərçivəsində “Vikipediya” ilə bağlı keçirilən təlimlərin ikinci mərhələsi üzrə növbəti təlim 26 oktyabrda Lənkəranda (Cənub regionu üzrə) keçiriləcək. Təlimdə “Viki” texnologiyası, “Vikipediya” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikipediya”ya təsiri, “Vikipediya”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.
Tarix: 25/10/13 “Twitter”in aktiv istifadəçilərinin sayı 230 milyonu ötür

“Twitter”in aktiv istifadəçilərinin sayı hazırda 230 milyonu ötür ki, bu da təxminən “LinkedIn” peşəkar sosial şəbəkəsinin auditoriyasına bərabərdir, lakin “Twitter”in oxucuları daha çoxdur.
Tarix: 24/10/13 “Instagram”da populyar videoməzmunun 40%-i brendlər tərəfindən yerləşdirilib

“Instagram” fotoxidmətində yerləşdirilən populyar videoçarxların təxminən 40%-i kommersiya şirkətləri və brendlərə məxsusdur.
Tarix: 24/10/13 Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materiallar müzakirə olunub

Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materialların müzakirəsi keçirilib.
Tarix: 24/10/13 “Japan Display” 3840×2160 təsvir ölçülü 12 düymlük ekran təqdim edib

“Toshiba”, “Sony” və “Hitachi” daxil olmaqla “Japan Display” birgə müəssisəsi 3840×2160 nöqtə təsvir ölçülü (4K) 12,1 düymlük ekran təqdim edib.
Tarix: 24/10/13 “LinkedIn” mobil istifadəçilərinin bazasını artırmaq niyyətindədir

“LinkedIn” peşəkar sosial şəbəkəsi bildirib ki, hazırda istifadəçilərin təxminən 38%-i mobil qurğular üzərindən resursa daxil olur. Gələn il bu göstərici 50%-dək artacaq. “LinkedIn” istifadəçilərinin ümumi bazası hazırda 238 milyon insan təşkil edir.
Tarix: 24/10/13 Bakıda Dənizkənarı Bulvarda yeni nəsil taksofonların sayı artırılacaq

Bakıda Dənizkənarı Bulvarda qurulan yeni nəsil taksofonların sayı artırılacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.
Tarix: 24/10/13 “Facebook” və “Apple” lobbiçiliyə ən çox pul ayıran şirkətlərdir

“Facebook” və “Apple” şirkətləri 2013-cü ilin üçüncü rübündə ABŞ-da lobbizm üçün xərcləri xeyli artırıb. Bu barədə şirkətlərin sənədlərinə istinadən “Consumer Watchdog” hüquq müdafiə resursu məlumat verib.
Tarix: 24/10/13 “ICANN” dörd yeni domen zonası haqda elan verib

“ICANN” internet korporasiyası dörd yeni domen zonasını təqdim edəcəyini elan edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni domenlərin yaxın bir neçə həftə ərzində yayılacağı gözlənilir.
Tarix: 24/10/13 İnternet nəhəngi Misiri tərk edir

ABŞ-ın nəhəng “Yahoo!” internet şirkəti Misirdəki bölməsinin bağlanmasını və sayı açıqlanmayan bütün yerli əməkdaşların işdən azad olunmasını bəyan edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248