bölmədə 5632 material var

Tarix: 15/03/13 “Skype”: “İstifadə olunan alqoritm və protokollar ötürülən məlumatları üçüncü tərəfin ələ keçirməsini əngəlləyir”

“Skype” internet-telefoniya xidməti onun üzərindən həyata keçirilən zənglərə Rusiyanın xüsusi xidmət orqanlarının qulaq asması haqqında mətbuatda yayılmış informasiyanı təkzib edib. “ICTnews.az” elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, “ilkin kodun verilməsi şəxsi yazışmaların açılması anlamına gəlmir” – agentlikdən bildirilib.

Tarix: 15/03/13 “.com” domen zonası ad gününü qeyd edir

Bu gün ".com" domen zonası ad gününü qeyd edir. "Symbolics.com" ilk internet-domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.

Tarix: 15/03/13 “Google” reklam elanlarını bloklayan tətbiqləri “Google Play” mağazasından silib

“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün mobil tətbiqlər mağazası “Google Play”dən reklamı bloklayan əlavələri silib. Məsələn, mağazadan “Adblock Plus”, “AdAway” və “AdFree Android” utilitləri silinib. Adıçəkilən bu tətbiqlər pulsuzdur və brauzer, oyun və başqa proqramlarda reklam elanlarının bloklanması üçün nəzərdə tutulub.

Tarix: 14/03/13 “Sazz 4G İnternet” Novruz Bayramı kampaniyasına başlayır

“Sazz 4G İnternet” Novruz Bayramı münasibətilə martın 15-dən bayram kampaniyasına start verəcək. Sərfəli bayram paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm “Sazz” abunəçisi ola biləcək, həm də modemləri daha sərfəli qiymətlərlə əldə etmək imkanına sahib olacaqlar. “Sazz 4G İnternet”in yeni Novruz Bayramı kampaniyası dörd sərfəli paketdən ibarətdir.

Tarix: 14/03/13 Azərbaycanın elektron ticarət portalının istifadəçilərinin sayı 14 minə yaxınlaşıb

İqtisadiyyatın müxtəlif sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sahibkarlıq sahəsində müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Tarix: 14/03/13 “Google Reader” iyulun 1-də bağlanacaq

İnternet nəhənginin bloqunda dərc edilmiş məlumata əsasən, “RSS” axınlarına baxış xidməti “Google Reader” 2013-cü il iyulun 1-də bağlanacaq.

Tarix: 14/03/13 Əli Əhmədov: «Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şərait yaradılıb»

«Azərbaycanda nə internet resurslarının, nə də “Facebook” sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil»."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Tarix: 14/03/13 Azərbaycanın daha 53 regionunun sakinləri stasionar telefon ödənişlərini onlayn qaydada apara bilərlər

“Hesab.az” internet ödəmə portalı stasionar telefonlar üzrə danışıq və abunə haqlarının onlayn ödəmə imkanlarını genişləndirib. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri ilə bərabər, daha 53 bölgənin sakinləri stasionar telefonları üzrə danışıq və abunə borclarını “Hesab.az” portalında ödəyə bilərlər.

Tarix: 14/03/13 Azərbaycanın milli domen adlarının stop-vərəqəsi genişləndirilir

Azərbaycanın milli domen adlarının stop-vərəqəsinin genişləndirilməsi üzrə işlərin sürətləndirilməsi gözlənilir. Azərbaycanın İnformasiya təhlükəsizliyi mərkəzinin rəhbəri və “milli *.az” domeninin administratoru Faiq Fərmanov “ICTnews”-a verdiyi məlumata əsasən, hazırda bu stop-vərəqədə artıq 100-ə yaxın Azərbaycan domeni var.

Tarix: 14/03/13 “Skype” üzərindən edilən zəng və yazışmaları izləmək mümkündür

Rusiyanın təhlükəsizlik xidməti “Skype” internet-telefoniya servisi vasitəsilə aparılan danışıqlara qulaq asmağı öyrənib. Kibercinayətlərin araşdırması ilə məşğul olan, “Group-IB” şirkətinin rəhbəri İlya Saçkovun sözlərinə əsasən, təhlükəsizlik xidmətləri artıq “bir neçə ildir ki” bu danışıqlara nəzarət edir və hətta istifadəçinin yerini müəyyən edirlər.

Tarix: 14/03/13 “Facebook”da oyun oyna yerli mobil operatordan hədiyyə qazan

Novruz Bayramında “Azercell Telekom” MMC nə abunəçilərini, nə də virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi "Facebook" səhifəsinin " www.facebook.com/azercell " üzvləri üçün yeni "Novruz sevinci" adlı kampaniyaya start verilir.

Tarix: 13/03/13 Sayt “sındıran” 3000 manat qazanacaq

Sayt “sındıran” 3000 manat qazanacaq. Bu qalib Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda keçirilən müsabiqədə müəyyən ediləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Hackathon Azərbaycan” layihəsinin rəhbəri Rəşad Əliyev məlumat verib.

Tarix: 13/03/13 İnternet, yoxsa televiziya?

“Nielsen” firmasının araşdırmasına əsasən, son illərdə televiziya şəbəkəsinə qoşulmaqdan imtina etmiş amerikalıların sayı iki dəfə artıb. Mütəxəssislər bunu internet üzərindən lazımi kanallara pulsuz baxmaq imkanı ilə izah edirlər.

Tarix: 13/03/13 “Springer”in bütün elektron resurslarına çıxış əldə edilib

“Springer” beynəlxalq elmi bazası ilə əməkdaşlıq çərçivəsində AMEA tərəfindən bazanın bütün elektron resurslarına çıxış əldə edilib.

Tarix: 13/03/13 24 il əvvəl “Ümumdünya Hörümçək Toru” yaradılıb

1989-cu il martın 13-də “Ümumdünya Hörümçək Toru” yaradılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları Tim Berners Linin rəhbərliyi altında mərkəzin rəhbərinə “İnformasiya idarəetməsi: bəzi təkliflər” başlıqlı sənəd təqdim etmişdilər. Sənəddə “Ümumdünya Hörümçək Toru”nun (World Wide Web) əsas prinsipləri ifadə edilmişdi.








23 Noyabr 2024

22 11 2024