Tarix: 20/02/13 AMEA Fiziologiya İnstitutu fiber-optik kabel vasitəsilə “AzScienceNet” elm kompüter şəbəkəsinə qoşulub

AMEA Fiziologiya İnstitutunun lokal kompüter şəbəkəsinin (LKŞ) intellektual kommutatorlar əsasında yenidən qurulması prosesi başa çatıb. İnstitutun LKŞ-nin infrastrukturu yenidən qurularaq, fiber-optik kabel vasitəsilə “AzScienceNet” elm kompüter şəbəkəsinin (EKŞ) qovşağına qoşulub, bununla da Fiziologiya İnstitutunun əməkdaşlarının “AzScienceNet”-in resurs və xidmətlərindən tam istifadəsi təmin olunub.
Tarix: 20/02/13 “Google”-un bir səhminin dəyəri ilk dəfə olaraq 800 dollar həddini ötüb

Amerikanın internet nəhəngi "Google"-un bir səhminin dəyəri ilk dəfə olaraq 800 dollar həddini ötüb. Ekspertlərin fikrincə, artım şirkətin internet-axtarış bazarında açıq-aşkar liderliyi, həmçinin "Android" mobil əməliyyat sisteminin populyarlığı ilə bağlıdır.
Tarix: 20/02/13 Yuxarı səviyyəli yeni domenlər

İnternetin tənzimlənməsi ilə məşğul olan “ICANN” korporasiyası yuxarı səviyyəli yeni domen adların alınması üçün təqdim edilən ərizələrin siyahısını dərc edib. Müxtəlif təşkilatlar tərəfindən 1409 domen adı qeydiyyatdan keçirmək üçün 1930 ərizə ilə müraciət edilib.
Tarix: 19/02/13 “Outlook.com” poçt xidmətinin istifadəçilərinin sayı açıqlanıb

“Outlook.com” pulsuz poçt xidmətinin istifadəyə verilməsindən ötən 6 ay ərzində onun istifadəçilərinin sayı 60 milyonu ötüb. Xatırladaq ki, xidmət işə salınandan cəmisi 6 saat sonra 1 milyon istifadəçi orada qeydiyyatdan keçmişdi.
Tarix: 19/02/13 Hakerlər Malayziyanın İnformasiya Nazirliyinin saytını dağıdıb

Hakerlər Malayziyanın İnformasiya Nazirliyinin saytını dağıdıb və orada ölkənin baş naziri Nacib Razakın istefası haqqında saxta məlumat yerləşdiriblər.
Tarix: 19/02/13 “Firefox” brauzerinə “PDF” vyuveri inteqrasiya edilib

“Mozilla” şirkəti “Firefox 19” brauzerini çıxarıb. Brauzerin “Windows”, “OS X” və “Linux” əməliyyat sistemləri üçün versiyaları əlçatandır.
Tarix: 19/02/13 Ağ Evin rəsmi veb səhifəsindəki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada maksimum səs toplandı

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiyaya səs verənlərin sayı 100 mini keçib.
Tarix: 19/02/13 Avropa Birliyi cari ilin yayında “Google”-u mühakimə edəcək

Avropanın hakimiyyət orqanları 2013-cü ilin yayında “Google” şirkətinə qarşı məhkəmə araşdırmasına başlaya bilər. Bu barədə Fransanın “CNIL” tənzimləyicisinin nümayəndələri məlumat verib.
Tarix: 19/02/13 Daha bir gömrük xidməti elektronlaşdırıldı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işi davam etdirir.
Tarix: 19/02/13 Hüqo Çavesin “Twitter” oxucularının sayı 4 milyonu ötüb

Venesuelanın vitse-prezidenti Nikolas Maduranın məlumatına əsasən, ölkə prezidenti Hüqo Çaves Kubada uzunmüddətli müalicədən sonra vətənə qayıdıb və onun “Twitter” mikrobloqunda abunəçilərin sayı 4 milyonu ötüb.
Tarix: 19/02/13 “Tələbə-məzun” dövlət elektron məlumat sistemi” dövlət informasiya ehtiyatlarının reyestrində dövlət qeydiyyatına alınıb

Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının (DİE) reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.
Tarix: 19/02/13 Beynəlxalq distant müsabiqədə iştirak etmək üçün sayt hazırlanır

“Bebras” İnformatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqədə iştirak etmək üçün Azərbaycanın müəllim və şagird heyəti
Tarix: 19/02/13 Araşdırma: Hər ikinci valideyn uşağını izləmək üçün “Facebook”da qeydiyyatdan keçir

“Facebook”da qeydiyyatdan keçmiş valideynlərin təxminən 50 faizi gündəlik olaraq uşaqlarının profilini yoxlayırlar. “ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, Amerikanın “Education Database Online” mərkəzinin araşdırmasına əsasən, hər ikinci valideyn “Facebook” sosial
Tarix: 18/02/13 Planetin ən sürətli interneti

Psixoloq və sosioloqların qənaətincə, müasir dövrdə insanı daha çox əsəbiləşdirən əsas amillərdən biri də internetin çox ləng işləməsidir. Belə ki, verilənlərin yüklənməsini uzun müddət gözləmək insanı özündən çıxarır.
Tarix: 18/02/13 Sergey Brin və Larri Peycin biznes qaydaları

Heç şübhəsiz ki, bu gün ən qlobal məsələlərdən tutmuş primitiv nəsnələrə qədər məlumat əldə etmək istəsək müraciət etdiyimiz ən aktual obyekt "Google" internet axtarış sistemidir. Nahaq yerə demirlər ki, "Google" insanları ilk kəlmədən "anlayır". Təbii ki, belə "ağıllı" sitemi yaradıb və inkişaf etdirərək bugünki səviyəyə çatdıran insanlar var.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248