Tarix: 17/04/14 “CERT.GOV.AZ” yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verdi
Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlari üçün yeni interaktiv ”Elektron Sorğu Sistemi”ni istifadəyə verib.
Tarix: 17/04/14 Almaniyada xüsusi xidmət orqanlarından mühafizə olunan elektron poçt xidməti yaradılıb
Xüsusi xidmət orqanları tərəfindən izlənmədən mühafizə edən “Lavaboom” elektron poçtu “Twitter”dəki səhifəsində fəaliyyətə başladığını elan edib. Xidmət şifrlənmiş məktub göndərmək imkanı təklif edir.
Tarix: 17/04/14 Məktəblilər arasında “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsi payızda keçirilə bilər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mən Azərbaycanlıyam” onlayn internet müsabiqəsini məktəblilər arasında keçirmək məsələsini müzakirə edir.
Tarix: 17/04/14 “Azərfon” şirkəti AZAL təyyarələrində “Wi-Fi” şəbəkəsinə qoşulma xidmətini təqdim edəcək
Azərbaycanın ilk “3G” mobil rabitə operatoru “Azərfon” şirkəti mobil rabitə xidmətləri ilə yanaşı, AZAL təyyarələrində “Wi-Fi” şəbəkəsinə qoşulma xidmətlərini də təqdim edəcək.
Tarix: 17/04/14 ABŞ Müdafiə Nazirliyi interneti çatdırmaq üçün pilotsuz uçan aparatlardan istifadə edəcək
ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) internetin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır.
Tarix: 17/04/14 “Twitter” şirkəti “Gnip” startapını satın alır
“Twitter” mikrobloqlar xidmətinin operatoru olan eyniadlı şirkət sosial şəbəkələrdə məlumatların təhlili üçün proqram alətlərinin hazırlanması üzrə ixtisaslaşmış “Gnip” startapını satın alıb. Sazişin dəyəri açıqlanmayıb.
Tarix: 17/04/14 “Google”un mənfəəti birinci rübdə yalnız 3% artıb
2014-cü ilin birinci rübündə “Google” internet şirkətinin mənfəəti 3% artaraq 3,35 milyard dollar olub ki, bu da ötən illə müqayisədə (3,45 milyard dollar) yüksəkdir.
Tarix: 16/04/14 Rumıniyada ölkəmizdə həyata keçirilən “Elektron hökumət” quruculuğundan danışılıb
Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli platforma nəzdində yaradılmış Dövlət Qulluğu İslahatları Panelinin növbəti işçi görüşü keçirilib.
Tarix: 16/04/14 BTRİB-in xidmət ödənişləri yaxın zamanda “eManat” ödəniş terminallarında qəbul ediləcək
“Modenis” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ilə “eManat” terminallarında stasionar rabitə xidmətləri üzrə ödənişlərin qəbulunun təşkili ilə bağlı danışıqlar aparır.
Tarix: 16/04/14 Bir ildən sonra 10 qiqabitlik “Wi-Fi” texnologiyası yaradılacaq
“Quantenna Communications” şirkəti məlumatların saniyədə 10 qiqabit sürətlə ötürülməsini təmin edəcək ilk “Wi-Fi” çipsetinin hazırlanması ilə məşğuldur.
Tarix: 16/04/14 Yeni oyun rekormeni müəyyənləşib
Bloqqer Patrik Skott Patterson xəbər verib ki, Ohayo ştatının sakini Con Solter arkada oyun avtomatında oynayan zaman iki dünya rekorduna birdən imza atıb.
Tarix: 16/04/14 “eManat” şəbəkəsində ödəniş terminallarının sayı 1700-dək artırılacaq
“Modenis” şirkəti bu ilin sonuna kimi “eManat” ödəniş terminallarının şəbəkəsini genişləndirmək niyyətindədir.
Tarix: 16/04/14 “Avropol” aviabilet fırıldaqçılarına qarşı böyük əməliyyat keçirib
Aprelin 8-9-da dünyanın hüquq-mühafizə orqanları Avropa İttifaqının “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre), ABŞ Məxfi Xidmətinin və digər təşkilatların dəstəyi ilə onlayn fırıldaqçılıq və qeyri-qanuni miqrasiyaya qarşı tarixdə ən böyük əməliyyat keçiriblər.
Tarix: 15/04/14 “TripAdvisor” mobil tətbiqi 100 milyon dəfə yüklənilib
Səyahətlər haqqında “TripAdvisor” saytının məlumatına görə, onun “iPhone” və “Android” mobil qurğuları üçün tətbiqi 100 milyon dəfə yüklənilib. Bu halda son ildə yükləmələrin sayı iki dəfədən çox, 2011-ci illə müqayisədə altı dəfə artıb.
Tarix: 15/04/14 Azərbaycanda məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub
Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşıb. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376