bölmədə 5632 material var

Tarix: 20/02/14 Kamran İmanov: “İnterneti idarə etmək üçün iki variant mövcuddur”

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə internetdə yerləşdirilən materialların əlçatanlığı və müəllif hüquqları məsələləri ilə bağlı müraciət edib.
 

Tarix: 20/02/14 Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin elektron xidmətlərinin keyfiyyəti artırılır

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsi rəsmi internet saytının işində qısamüddətli fasilə müşahidə olunacağını elan edib.

Tarix: 20/02/14 Yaponiyada internetə çıxış nöqtələrini görməyə imkan verən tətbiq yaradılıb

Yaponiyanın “NTT Docomo” aparıcı mobil operatorunun hazırladığı mobil tətbiq internetə simsiz çıxış nöqtələrini görməyə icazə verir. Bu haqda 20 fevral tarixində şirkətin nümayəndələri məlumat veriblər.

Tarix: 20/02/14 “ICQ” bir ildə auditoriyasının 33%-ni itirib

2013-cü ilin dekabr ayının nəticəsinə görə, “ICQ” messencerinin aylıq auditoriyası 11 milyon istifadəçi olub. Onların 6,7 milyonu Rusiyadan olan istifadəçilərdir. 

Tarix: 20/02/14 Yerli provayder əhatə dairəsini genişləndirir

Artıq Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri də “Ailə NET” internet provayderinin xidmətlərindən yararlana biləcəklər. Hövsan qəsəbəsinin “Ailə NET” internet provayderinin əhatə dairəsinə daxil edilməsi ilə “Ailə” TV kabel televiziyasının əhatə dairəsində olan, demək olar ki, bütün ərazilər “Ailə NET” internet provayderinin də genişzolaqlı fiber-optik şəbəkəsi ilə əhatə olunub.

Tarix: 20/02/14 “Google” ilk dəfə təhsil sahəsinə investisiya yatırıb

“Google Capital” təhsil sahəsi üçün proqram təminatı hazırlayan “Renaissance Learning” şirkətinə 40 milyon məbləğində sərmayə yatırıb.

Tarix: 20/02/14 “Facebook” şirkəti “WhatsApp”ı satın alıb

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “WhatsApp” mobil messencerini 19 milyard dollara satın alır. Ödəniş səhm və nağd pulla həyata keçiriləcək.

Tarix: 18/02/14 Azərbaycana daxil olan beynəlxalq internet trafikin maksimal həcmi 100 Gbp/s-ı aşıb

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin artımı müşahidə olunur.

Tarix: 18/02/14 ABŞ-da birinci bitkoin bankomatları quraşdırılacaq

ABŞ-da bitkoin virtual valyutası üçün birinci bankomatlar Siyetl və Ostində quraşdırılacaq. Bu haqda “Robocoin” şirkətinə istinadən “Reuters” xəbər agentliyi məlumat yayıb.

Tarix: 18/02/14 Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq

Yaxın vaxtlarda Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, simsiz şəbəkə şəhər parklarında dincələnlərə bəzi xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.

Tarix: 17/02/14 Ən bahalı “iPhone” smartfonu hansı ölkədə satılır?

Bu  günlərdə Braziliyada “Apple Store” mağazası açılıb. Bu mağaza yalnız Latın Amerikasında “Apple” brendi altında satılan məhsulların birinci oflayn satış nöqtəsi kimi deyil, həm də smartfonların qiymətinin yüksək olması ilə diqqət çəkib.

Tarix: 17/02/14 Rəqəmli sevgi əsri

İnternet və texnologiyalar ildən-ilə amerikalıların şəxsi həyatına daha çox təsir edir: mətn mesajları və açıq-saçıq fotoşəkillərin sayı smartfonların sayı ilə birgə artır.

Tarix: 17/02/14 “Google” səsli parollar yaradacaq

“CNET” nəşri yazır ki, “Google” internet-axtarış sistemi İsrailin səsli parollar hazırlayan “SlickLogin” startapını satın alıb. Sazişin məbləği  rəsmən açıqlanmayıb, lakin bəzi məlumatlara görə, söhbət bir neçə milyon dollardan gedir.

Tarix: 17/02/14 Dövlət Komissiyası vətəndaşlarla əlaqələrini daha çox internet resursları vasitəsilə qurur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün internet saytı vasitəsilə qurur.

Tarix: 17/02/14 “Elektron bankçılıq xidmətlərində lider bank” seçiləcək

“Elektron bankçılıq xidmətlərində lider bank” və “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə kampaniya başlayır. Mərkəzi Bankın (MB) dəstəyi ilə ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunan stimullaşdırıcı kampaniyanın geniş təqdimat mərasimi keçirilib.








23 Noyabr 2024

22 11 2024