Tarix: 11/12/13 “Twitter”in səhmləri rekord qırıb

Bu il dekabrın 10-da “Twitter” mikrobloqlar xidmətinin səhmlərinin qiyməti 52,58 dollar olub. Bu isə rekorddur.
Tarix: 11/12/13 “Viber” xidmətindən mobil və şəhər nömrələrinə zəng etmək mümkün olub

“Viber” xidməti “Viber Out” xidmətini istifadəyə verib. İstifadəçilər bu xidməti qoşmaqla “Viber” üzərindən müxtəlif ölkələrin mobil və stasionar telefonlarına zəng etmək imkanına malikdirlər.
Tarix: 10/12/13 2013-cü ildə “Facebook”da ən çox müzakirə olunan mövzular hansıdır?

2013-cü ildə “Facebook” sosial şəbəkəsində əsas müzakirə olunan mövzular Roma Papası, seçkilər və şahzadə Corc olub. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, məhz bu hadisə və insanlar istifadəçilər üçün böyük maraq kəsb edib.
Tarix: 10/12/13 “Yahoo!” “Imgur” fotoxidmətini satın almağı planlaşdırır

“Yahoo!” internet şirkəti Marissa Mayerin rəhbərliyi altında satınalma mövsümünə davam edir. Bu dəfə populyar “Imgur” fotomübadilə saytı şirkətin hədəf nöqtəsinə tuş gəlib.
Tarix: 10/12/13 “Facebook”da “unlike” düyməsi istifadəyə verilə bilər

“Facebook” sosial şəbəkəsində tezliklə emosiyaların ifadəsi üçün yeni düymə istifadəyə verilə bilər. Korporasiyaya yaxın mənbələr deyiblər ki, sosial şəbəkənin mühəndisləri "halına acıyıram" düyməsinin dizaynı üzərində işləyirlər.
Tarix: 10/12/13 Ötən ay icazələrin elektron informasiya portalından 15 minə yaxın internet istifadəçisi yararlanıb

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən indiyədək 216 mindən çox internet istifadəçisi yararlanıb.
Tarix: 09/12/13 2020-ci ilədək tədarük edilmiş daşıyıcıların ümumi həcmi təxminən 10 zettabayt olacaq

Analitiklərin qiymətləndirməsinə görə, bu il istifadəçilər 3,5 zettabayt həcmində məlumat yaradacaqlar. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bəşəriyyət tərəfindən yaradılmış rəqəmli informasiyanın ümumi həcmi 0,16 zettabayt olub.
Tarix: 09/12/13 RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib

RİTN növbəti elektron xidmətini “Elektron Hökumət” portalına inteqrasiya edib.
Tarix: 09/12/13 Nəhəng şirkətlərin baş direktorlarının yalnız 30 faizi sosial şəbəkələrdən istifadə edir

“Augure” şirkəti mütəxəssislərinin hesablamalarına əsasən, səhmləri “NSADAQ” birjasında hərraca çıxarılan yüz nəhəng şirkət baş direktorunun yalnız 30 faizi sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir.
Tarix: 09/12/13 “VKontakte” sosial şəbəkəsində yeni rekord qeydə alınıb

“LiveInternet” statistikasına əsasən, 2013-cü ilin dekabrında "VKontakte" sosial şəbəkəsinə gündəlik daxilolmaların sayı 56 milyon olub.
Tarix: 09/12/13 “Amazon” istehlakçıların məmnunluq göstəricisinə görə şirkətlər arasında liderdir

“Amazon” şirkəti “ForeSee” reytinqində birinci yeri tutaraq 100 şirkət arasında alıcıların məmnunluq göstəricisinə görə lider olub.
Tarix: 09/12/13 “Google” şirkəti Qreys Hopperin 107 illiyini qeyd edir

Bu gün “Google” axtarış sisteminin əsas səhifəsində Qreys Hopperin anadan olmasının 107 illiyi şərəfinə bayram loqotipi yerləşdirilib. O, Amerika alimidir və ABŞ donanmasının kontr-admiralı olub.
Tarix: 07/12/13 İnternetdə dünya dillərinin yalnız 5 faizindən istifadə edilir

İnternetdə Yer kürəsində yaşayan insanların danışdığı 7776 dildən yalnız 388-dən istifadə edilir. Bu barədə “BBC” televiziya şirkətinin sifarişi ilə aparılan araşdırmada deyilir.
Tarix: 07/12/13 "Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq

“Röyters” xəbər agentliyinin yaydığı məlumata əsasən, “Twitter” mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq. Şirkət Sinqapurun “U2opia Mobile” startapı ilə müvafiq saziş bağlayıb.
Tarix: 06/12/13 "Vikipediya"nın yaradıcısı elmin inkişafına töhfəsinə görə YUNESKO mükafatına layiq görülüb

BMT-nin saytında dərc edilmiş informasiyaya əsasən, "Vikipediya"nın banisi 47 yaşlı Cimmi Uels elmin inkişafına əhəmiyyətli töhfəsinə görə YUNESKO tərəfindən Nils Bor adına qızıl medala layiq görülüb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248