bölmədə 5632 material var

Tarix: 11/07/13 “Chrome” brauzerinə “Bildiriş mərkəzi” daxil edilib

“Google” şirkəti “Chrome” brauzerinin 28-ci stabil versiyasını istifadəyə verib. Brauzerin əsas yeniliklərindən “Bildiriş mərkəzi”nin olmasıdır,- “Lenta” yazır.

Tarix: 10/07/13 “Google” ilə mübarizə aparmaq istədi, lakin 11 milyard dollar itirdi

“Microsoft”un maliyyə hesabatını 2005-ci ildən araşdırmış “Business Insider” nəşrinin hesablamalarına əsasən, “Google” və onun axtarış sistemi ilə mübarizə proqram nəhənginə 10,9 milyard dollara başa gəlib. “Bing” rəqibi lider mövqedən salmağa müvəffəq olmayıb. Hazırda ABŞ-da “Google” axtarış sisteminin payı təxminən 65%-dir.

Tarix: 10/07/13 “Twitter” müştəri proqramlarını yeniləyir

“Twitter” sosial şəbəkəsi “iOS”, “Android” və “Mac OS” üçün yenilənmiş müştəri proqram təminatı versiyalarını buraxır.

Tarix: 10/07/13 Azərbaycanda istifadəçilər “IPv6” internet ünvanlarına keçməyə hazır deyil?

Azərbaycanda “IPv4” protokolundan “IPv6” internet protokoluna keçidə son istifadəçilər hazır deyillər. “Delta Telekom” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ölkədə “IPv6” infrastrukturu 2011-ci ildən etibarən tamamilə hazırdır, lakin son istifadəçilər və internet provayderlər yeni protokola keçid üçün hazır deyillər.

Tarix: 10/07/13 İnternet amerikalılar üçün ikinci xəbər mənbəyidir

ABŞ-da keçirilmiş “Gallup” sorğusuna əsasən, amerikalıların 50%-dən çoxu dünya və ölkə ərazisində baş verənləri televiziyadan əldə edirlər. İnternet-KİV və sosial şəbəkələr populyarlığına görə ikinci olub.

Tarix: 09/07/13 TQDK mobil rabitə operatorlarından ödəmə kartı əldə edib nömrəsini və şifri unudanlara müraciət edib

“Azercell”, “Bakcell” və ya “Nar Mobile” mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün ödəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

Tarix: 09/07/13 “Golden Pay” şirkəti Naxçıvanın əksər ödənişlərini elektronlaşdıracaq

“GoldenPay” şirkəti yayın sonunda artıq Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “www.e-nakchivan.az” dövlət poratlında “online” ödəniş sistemini tətbiq etməyə başlayacaq.

Tarix: 09/07/13 “SAZZ İnternet” və “ENGINET”-in birgə layihəsi yeniyetmələri internetdəki təhlükəli saytlardan qoruyacaq

“Sazz İnternet” provayderi “ENGINET MMC”-nin texniki dəstəyi ilə yeniyetmələr üçün xüsusi filtrlənmiş internet xidmətini göstərməyə başlayıb.

Tarix: 09/07/13 “Skype”-ın aylıq auditoriyası 300 milyonu ötüb

“Skype” internet telefoniya xidmətinin aylıq istifadəçilərinin sayı 300 milyonu ötüb. Bu barədə “Windows” bölməsinin maliyyə və marketinq direktoru Tami Reller “Microsoft Worldwide Partner Conference 2013” (WPC-2013) konfransında deyib.

Tarix: 09/07/13 Ev təsərrüfatlarında genişzolaqlı vasitələrdən istifadə etməklə internetə qoşulmaların xüsusi çəkisi son 5 ildə 50%-ə yüksəlib

Azərbaycanda internet milli seqmenti inkişaf edir. 2012-ci ilin yekunları üzrə aparılmış statistik müayinənin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47%, internetə çıxışı olanların payı isə 64,4% olub.

Tarix: 09/07/13 Kütləvi Xidmətlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə 9013249 abonent haqqında məlumat yüklənib

Kütləvi Xidmətlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) hazırda 11 kütləvi xidmət müəssisəsi qoşulub.

Tarix: 09/07/13 İran milli elektron poçt xidmətini istifadəyə verib

İran dövlət televiziyası məlumat verib ki, bazar ertəsindən etibarən ölkə ərazisində tamamilə açıq proqram təminatı üzərində yazılmış milli elektron poçt xidməti istifadəyə verilib.

Tarix: 08/07/13 Simsiz internet operatoru filtrasiyadan keçmiş internet paketi istifadəyə verib

Artıq valideynlər məktəbyaşlı uşaqları, yeniyetmələr üçün filtrasiyadan keçmiş internet paketini əldə edə biləcəklər.

Tarix: 08/07/13 Təhsil Nazirliyi “Facebook” və “Twitter”də

“Facebook”  və “Twitter”  sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılıb.

Tarix: 06/07/13 “.az” domen zonasında qeydiyyatdan keçmiş domen adlarının sayı 18 mini ötüb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.








23 Noyabr 2024

22 11 2024