Tarix: 30/05/13 “Twitter” televiziya şirkətlərinə sərmayə qoymaq niyyətindədir

“Twitter”in baş direktoru Dik Kostolo bildirib ki, televiziya şirkətləri - mikrobloqlar servisi üçün qiymətli tərəfdaşlardır və “Twitter” onlara müvafiq şəkildə investisiya qoymaq niyyətindədir.
Tarix: 30/05/13 “YouTube”-da videoların sürətini azaltmaq mümkün olacaq

“YouTube”-da çarxlar üçün redaktorda istifadəyə verilmiş yeni alət yavaş çəkiliş (slow-motion) effektini tətbiq etməyə imkan verir. Videonun göstərilmə sürəti əvvəlkindən fərqli olaraq 12,5, 25 və ya 50% azaldıla bilər.
Tarix: 30/05/13 “NASDAQ” “Facebook”a görə 10 milyon dollar cərimələnib

Amerikanın yüksək texnologiyalı şirkətlərinin səhmlərinin ticarətində ixtisaslaşan “NASDAQ” fond birjası, “Facebook” sosial şəbəkəsinin qiymətli kağızlarının ilkin yerləşdirilməsi zamanı yol verdiyi səhvlərə görə rekord - 10 milyon dollar məbləğində cəriməni ödəməyə razılaşıb.
Tarix: 29/05/13 Xəbər saytlarının monitorinqi keçiriləcək

Mətbuat Şurası (MŞ) tərəfindən Azərbaycanda fəaliyyət göstərən və ictimai rəyə təsir edən xəbər portallarının monitorinqi keçiriləcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə MŞ-dan məlumat verilib.
Tarix: 29/05/13 Azərbaycanda keçirilən Virtual Birja Müsabiqəsi başa çatıb

Paytaxt Bakıda reallaşan Virtual Birja Müsabiqəsi başa çatıb. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Təşkilat komitəsindən məlumat verilib.
Tarix: 29/05/13 Azərbaycanda tədbirlər onlayn formada canlı yayımlanır

Bakıda «Milli Marketinq Forumu 2013» öz işinə başlayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, forumda bir çox şirkətlərin marketoloqları iştirak edir.
Tarix: 29/05/13 Artıq “Bank of Baku”nun müştəriləri kreditlərini “MilliÖN” terminalları vasitəsilə ödəyə bilər

Artıq “Bank of Baku” və “MilliÖN” milli ödəmə sisteminin əməkdaşlığı sayəsində bankın müştəriləri kredit ödənişlərini respublikanın bir çox şəhərlərində yerləşdirilmiş “MilliÖN”-ə aid 800-ə yaxın ödəniş terminallarında ödəyə biləcək.
Tarix: 29/05/13 Məktəblilər arasında «online» ümumrespublika bilik yarışması keçirilib

Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə məktəblilər arasında “online” qaydada vergilərlə bağlı ümumrespublika bilik yarışması keçirilib.
Tarix: 29/05/13 NDU ilə İTİ arasında növbəti onlayn bağlantı təşkil olunub

Naxçıvan Dövlət Universitetində AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Muxtar Respublikasında təhsil alan doktorant və dissertantlar üçün informatika fənninin yaz semestri üzrə növbəti onlayn mühazirəsi dinlənilib.
Tarix: 27/05/13 Sazz şirkəti 28 May - Respublika Günündə hədiyyə kampaniyası keçirəcək

Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı İnternet provayderi 28 May Respublika günü münasibətilə mövcud və yeni müştəriləri üçün xüsusi hədiyyə və xidmət kampaniyası keçirəcək.
Tarix: 27/05/13 Mərakeşdə ailələrin 33%-i internetə qoşulub

Krallığın İnformasiya naziri Əl-Xəlfi deyib ki, ötən il Mərakeş əhalinin internetə çıxış imkanını təmin etməkdə kəskin sıçrayış edərək bu göstərici üzrə 77-dən 30-cu yerə yuvarlanıb.
Tarix: 27/05/13 “Microsoft” və “Google” şirkətləri “YouTube” üçün əlavələr üzərində işləyirlər

“Google” “Microsoft” “Windows Phone” üçün “YouTube” əlavələri üzərində işləyir. «ICTnews» xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Microsoft” bildirib ki, bu həftə yenilənmiş “YouTube” əlavəsini təqdim edib.
Tarix: 27/05/13 «Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları» mövzusunda panel keçirilib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü Ümumukrayna Forumu çərçivəsində "Sosial media və təmsilçilik: zamanın internet məkanında faydalı istifadə metodları" mövzusunda panel keçirilib.
Tarix: 27/05/13 “Finca Azerbaijan” qeyri-bank təşkilatı “Milliön” ödəniş sisteminə qoşulub

“Finca Azerbaijan” müştəriləri bu həftədən etibarən kreditlərini təşkilatın ofisindən kənarda gün ərzində ödəmə imkanı əldə ediblər. “Milliön”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu, “Finca Azerbaijan”ın “Milliön” ödəmə sisteminə qoşulması nəticəsində baş verib.
Tarix: 27/05/13 Planşet istifadəçiləri üçün “Elektron hökumət” portalının mini-versiyası təqdim edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) hər kəsi maraqlandıran istənilən məlumatların “Elektron hökumət” portalından əldə olunması imkanlarının yaradılması üzrə işləri davam etdirir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248