Tarix: 29/04/13 Mark Zukerberq varlanıb

“Facebook”un baş direktoru Mark Zukerberq ötən ilin yekununa görə 2.3 milyard dollar həcmində mənfəət əldə edib. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına təqdim etdiyi sənədlər buna sübutdur. Sənədə əsasən, o, bu məbləğdən çox böyük məbləğdə vergi ödəyib.
Tarix: 27/04/13 ETSN-in daha iki xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha iki xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi” və “Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi” xidmətləri ictimaiyyətin istifadəsinə verilib.
Tarix: 27/04/13 Azərbaycanda xüsusi “Wi-Fi” zonaların yaradılması nəzərdə tutulur

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhsil ocaqlarında xüsusi “Wi-Fi” zonaların yaradılmasını planlaşdırıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, Azərbaycanda ötən il “Eurovision” müsabiqəsinə hazırlıq çərçivəsində “Wi-Fi” zonalar, demək olar, bütün otellərdə, restoranlarda və kafelərdə yaradılıb.
Tarix: 26/04/13 Akademik Zərifə Əliyevaya həsr olunmuş sayt yeni dizaynda istifadəyə verilib

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış saytda Zərifə xanım Əliyevanın
Tarix: 26/04/13 Azərbaycanda açıq təhsil resursları yaradılacaq

Azərbaycan müəllif hüquqları agentliyi Təhsil Nazirliyi ilə birgə açıq təhsil resursları yaratmağa hazırlaşır. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müəllif hüquqları agentliyinin sədri Kamran İmanov bildirib ki, bu layihə çərçivəsində tələb olunan bütün razılaşmalar və lisenziyalar mövcuddur və onlar müxtəlif kitabların müəlliflərinin hüquqlarının qorunmasını təmin edir.
Tarix: 26/04/13 Bir çox dövlətlər “Google”-dan məlumatlarını sildirir

2012-ci ilin ikinci yarısında “Google” korporasiyasının serverlərindən müxtəlif informasiyanın silinməsi tələbi ilə xarici dövlətlər tərəfindən təqdim edilmiş sorğuların sayı 26% artıb. Ötən gün internet nəhənginin dərc etdiyi statistika buna sübutdur.
Tarix: 26/04/13 “Yahoo!”-nun direktoru istefa verib

"Yahoo!" şirkətinin Direktorlar şurasının sədri Fred Amorozo ötən gün istefa verib. Onun vəzifələrinin icrası müvəqqəti olaraq “Ebay” elektron hərracının top meneceri olmuş Meynard Uebbə tapşırılıb.
Tarix: 26/04/13 “ICANN” İstanbulda ofis açır

“ICANN” internet korporasiyası ötən gün İstanbulda ofis açıb. Xatırladaq ki, adıçəkilən korporasiya internetdə domen adlarının tənzimlənməsini həyata keçirən təşkilatdır. Bundan əvvəl “ICAAN” bəyan etmişdi ki, müxtəlif saat qurşaqlarında işləmək və qlobal miqyasda iştirakı təmin etmək üçün o, İstanbul və Sinqapurda öz regional nümayəndəliyini açmaq niyyətindədir.
Tarix: 25/04/13 Ədliyyə Nazirliyi yeni elektron xidmət istifadəyə verib

Ədliyyə Nazirliyinin “İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsi” xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.
Tarix: 25/04/13 “WWDC” tədbirinin keçiriləcəyi tarix məlum olub

“Apple” şirkətinin təşkilatçılığı ilə keçirilən tərtibatçıların illik ümumdünya konfransı (Worldwide Developers Conference, WWDC) bu il iyunun 10-dan 14-dək San-Fransiskonun “Moskone West” sərgi mərkəzində keçiriləcək. Aprelin 25-dən etibarən Amerika şirkətinin saytında “WWDC” tədbiri üçün biletlərin satışına başlanılacaq.
Tarix: 25/04/13 “YouTube” ilə bağlı yeni statistika dərc edilib

Düz 8 il bundan əvvəl “YouTube” videohostinqinə ilk 19 saniyəlik videoçarx yüklənib. Bu əlamətdar hadisə ilə əlaqədar dünyanın ən böyük videohostinqinin administrasiyası yeni statistik məlumatlar dərc edib.
Tarix: 24/04/13 Gənclərin karyera qurması üçün internet portal yaradıldı

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində “Demokratik Gənclər İctimai Birliyi tərəfindən “Peşələri məsafədən seçək!” distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir.
Tarix: 24/04/13 2015-ci il üçün genişzolaqlı rabitə sahəsində qarşıya qoyulmuş məqsədlər

Genişzolaqlı rabitə üzrə komissiya dörd yeni məqsəd təyin edib:
Tarix: 24/04/13 Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalına inteqrasiya edildi

Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Tibbi kadrların vahid registrindən məlumatların verilməsi” adlanan elektron xidmət tibbi kadrlar haqqında ətraflı məlumat almaq imkanını təqdim edir.
Tarix: 24/04/13 “Google” şirkəti yeni data mərkəzinə 600 milyon dollar sərmayə qoyur

“Google” internet şirkəti Şimali Karolinadakı (ABŞ) data mərkəzinin genişlənməsinə daha 600 milyon dollar sərmayə qoyur. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, genişləndirmə proqramına əsasən, qeyd edilən data mərkəzinə qoyulan sərmayələrin ümumi həcmi 1,2 milyard dollar təşkil edir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248