bölmədə 5632 material var

Tarix: 25/08/15 Avropa Komissiyası “Google” haqqında materiallar toplayır

Avropa Komissiyası “Google” şirkəti ilə bağlı antiinhisar araşdırmaları davam etdirir. Avropa tənzimləyici orqanı internet nəhənginin iş üsulu haqqında daha çox məlumat əldə etmək məqsədilə İT bazarının iştirakçılarına sorğu göndərib. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri materiallara istinadən məlumat verib.

Tarix: 24/08/15 Gənc britaniyalılar internetə çıxışın olmaması səbəbindən Britaniya Kral donanmasında xidmət etmək istəmirlər

Gənc britaniyalılar Britaniya Kral donanmasında xidmət etmək istəmirlər, çünki orada internet və sosial şəbəkələrə çıxış imkanına malik olmayacaqlar.

Tarix: 21/08/15 “Amazon” Londonda ABŞ-dan kənarda ilk məlumat emalı mərkəzi açacaq

“Amazon” internet şirkəti Londonda ABŞ-dan kənarda ilk məlumat emalı mərkəzi yaratmaqla Böyük Britaniyanın sürətlə inkişaf edən startaplar bazarına daxil olmaq niyyətindədir.
 

Tarix: 21/08/15 “Komtec” şirkəti cərimələrin qəbulu xidmətini təxirə salıb

“Komtec” şirkəti  “Milliön” terminal şəbəkəsində tətbiqini nəzərdə tutduğu layihələri təxirə salıb.

Tarix: 20/08/15 “Samsung” internetə çıxış üçün mikrosputniklər şəbəkəsi yaratmağı planlaşdırır

Koreyanın “Samsung” şirkəti planetin əhalisinin genişzolaqlı internetə çıxışını təmin etmək üçün 4600 mikrosputnikdən ibarət şəbəkə yaratmağı planlaşdırır, - “Samsung Research America” (“SRA”) tədqiqat bölməsinin direktoru Faruk Xan məqaləsində belə yazıb.
 

Tarix: 20/08/15 4 466 metrlik yüksəklikdə internetlə onlayn əməliyyat həyata keçirilib

Azərbaycanın ən hündür nöqtəsində - 4 466 metrlik yüksəklikdə mobil cihazlarla internetə daxil olaraq ölkədə təqdim olunan onlayn əməliyyatlardan istifadə etmək mümkündür.
 

Tarix: 20/08/15 “MyVideo” mobil əlavəsi vasitəsilə milli kanalların verilişlərini istənilən mobil qurğudan izləmək olacaq

Bu ilin sonuna kimi Azərbaycanın bütün mobil qurğu istifadəçiləri “MyVideo” mobil əlavəsi vasitəsilə milli kanalların verilişlərini  yükləyərək izləyə biləcəklər.

Tarix: 20/08/15 İnternetdə qeyri-qanuni ticarətdən gündəlik gəlir 300-500 min dollara çatır

İnternetdə qeyri-qanuni ticarətdən gündəlik dövriyyə 500 min dollaradək təşkil edir. Bu barədə Karnegi-Mellon Universitetinin elmi əməkdaşı Nikolas Kristin və aspirant Kayl Soska öz məqaləsində yazıb.

Tarix: 20/08/15 “WhatsApp” “iPhone” üçün messencerin veb versiyasını istifadəyə verdi

“WhatsApp” şirkəti “iOS” mobil platforması üçün eyni adlı kliyentinin masaüstü versiyasını çıxarıb.
 

Tarix: 20/08/15 Göyçayda internet istifadəçilərinin sayı 4113 nəfərə çatıb

Son illər Göyçayda rabitə və informasiya texnologiyaları sahəsində xeyli işlər görülüb.

Tarix: 20/08/15 “Google” 4 ildırım nəticəsində istifadəçi məlumatlarının itkisi ilə üzləşib

ABŞ-ın “Google” internet şirkətinin Belçikada yerləşən məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurması istifadəçi məlumatlarının qismən itirilməsinə səbəb olub.

Tarix: 20/08/15 Sosial şəbəkələr xəbər trafikinə görə “Google”u ötüb

İnternet trafikinin təhlili ilə məşğul olan “Parse.ly” məlumatlarına istinadən “Fortune” nəşri yazır ki, sosial şəbəkələr, həmçinin “Facebook” xəbər resurslarına keçidlərin sayına görə “Google” axtarış sistemini ötüblər.

Tarix: 19/08/15 “Elektron hökumət” portalı müəssisələrin iş sistemini sadələşdirib

Müəssisələrin iş sistemi “Elektron hökumət” portalı sayəsində asanlaşıb.

Tarix: 19/08/15 ABŞ qlobal internetə nəzarəti əlindən vermək istəmir

ABŞ Ticarət Nazirliyi IP ünvanlar və domen adları ilə bağlı məsələlərin tənzimlənməsi ilə məşğul olan “ICANN” qeyri-kommersiya təşkilatı ilə yeni müqavilə bağlayacaq.

Tarix: 19/08/15 “Google” şirkəti gələcək "ağıllı ev" sisteminin əsasını təqdim edib

ABŞ-ın “Google” şirkətinin təqdim etdiyi “OnHub” marşrutlayıcısı ona qoşulmuş ev elektron cihazları ilə qarşılıqlı əlaqədə ola biləcək. Bu haqda internet şirkətinin rəsmi bloqunda yazılıb.








23 Noyabr 2024

22 11 2024