Tarix: 31/10/14 Çində “Viber” messenceri bloklanıb
Çin hakimiyyəti zəng etməyə, mesaj və təsvir göndərməyə imkan verən “Viber” mobil proqramını bloklayıb. Bu haqda “TechInAsia” portalına istinadən “TechCrunch” nəşri yazıb.
Tarix: 30/10/14 Tatarıstanda məktəblilərə keçid kartları və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar veriblər
Tatarıstanda məktəblərdə tətbiq edilmiş kartlar və “PayPass” texnologiyası ilə təchiz edilmiş qolbaqlar vasitəsi ilə məktəblilər nəqliyyatda, yeməkxanada, əlavə məşğələlərdə xidmət haqlarını ödəyə bilərlər.
Tarix: 30/10/14 “Taxi Tap” servisindən artıq “iOS” istifadəçiləri də yararlana bilər
“Taxi Tap” onlayn taksi çağırışı servisindən artıq “iOS” qurğu istifadəçiləri də istifadə edə bilərlər.
Tarix: 29/10/14 Azərbaycan genişzolaqlı internetin inkişafını əks etdirən beynəlxalq hesabatda MDB məkanında liderdir
Azərbaycan Beynəlxalq telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında mövqelərini yüksəldib.
Tarix: 29/10/14 Onlayn xidmətlər portalına yeni şirkət qoşulub
“CityNet” internet provayderi “Hesab.az” portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq “CityNet” abunəçiləri “Hesab.az” saytı vasitəsi ilə abunə haqlarını ödəyə biləcəklər.
Tarix: 29/10/14 “HTML5” internet standartının sonuncu versiyası üzərində iş başa çatıb
“World Wide Web Consortium” (W3C) təşkilatı “HTML5” internet səhifələrinin nişanlanması standartının sonuncu versiyası üzərində işi başa çatdırıb. Bu barədə konsorsiumun məlumatında deyilir.
Tarix: 29/10/14 “Facebook”un xalis mənfəəti artıb
2014-cü ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə (90%) artaraq 806 milyon dollara çatıb.
Tarix: 29/10/14 “WhatsApp” ilk dəfə maliyyə nəticələrini açıqlayıb
“WhatsApp” mobil messencerini satın almış “Facebook” şirkəti ilk dəfə adıçəkilən xidmətin maliyyə nəticələrini açıqlayıb.
Tarix: 28/10/14 “ICANN” Ebola virusuna görə Mərakeşdəki konfransı ləğv edib
“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası fevralın 8-12-də Mərakeşdə keçiriləcək 52-ci konfransın ləğv edilməsi və onun qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib. Həmçinin konfransın başqa ölkədə keçirilməsi məsələsi müzakirə edilir.
Tarix: 28/10/14 İranda beş milyon sayta giriş bloklanıb
İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Əhməd Şahid ölkədə ölüm cəzasının tətbiqinin artmasına, jurnalistlərin təzyiqə, qadınların diskriminasiyaya məruz qalmalarına, söz azadlığı və internetə çıxışın məhdudlaşdırılmasına diqqət yönəldib. İranda beş milyon sayta giriş bloklanıb.
Tarix: 28/10/14 Alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsinə nail olub
Eyndhoven Texnoloji Universiteti və Mərkəzi Florida Universitetinin alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsi üzrə sınağın nəticələri ilə bağlı elmi məqalə dərc edib. Onlar yeni tip optik-lifdən istifadə etməklə saniyədə 255 terabit sürətə nail ola biliblər ki, bu da hazırda rekord göstərici hesab edilir.
Tarix: 28/10/14 2014-cü ilin üçüncü rübündə “Twitter”in xalis zərəri 2,5 dəfə artıb
2014-cü ilin üçüncü rübünün nəticəsinə görə, “Twitter” sosial şəbəkəsinin xalis zərəri 2,5 dəfədən çox artaraq 175,46 milyona çatıb. Bu haqda şirkətdən bildirilib.
Tarix: 27/10/14 ABŞ-da “Ebola.com” internet domeni satılıb
ABŞ-da “Ebola.com” internet domeni “Blue String Ventures” şirkəti tərəfindən 200 min dollara satılıb. Alıcı qismində marixuananın tibbi məqsədlər üçün istifadəsini təbliğ edən "Weed Growth Fund” şirkəti çıxış edib.
Tarix: 27/10/14 Bağlanmış “Twitpic” fotohostinqinin bazası artıq “Twitter”ə məxsusdur
“Twitter” mikrobloqlar xidməti “Twitpic” fotohostinqinin domen və istifadəçi bazasını satın alıb. Bu haqda şirkətin bloqunda “Twitpic”in yaradıcısı Noa Everett bildirib.
Tarix: 27/10/14 “Facebook” vasitəsilə həyat yoldaşının ikinci dəfə evləndiyindən xəbər tutub
“Facebook”da dərc edilmiş fotoşəkillər Britaniyada böyük səs-küyə səbəb olub. 55 yaşlı İvonn Qibney sosial şəbəkə vasitəsilə bilib ki, onun 49 yaşlı əri Moris toya 45 min funt xərcləyərək gizlincə başqa qadınla evlənib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376