Tarix: 22/08/13 “Yahoo!” saytları ABŞ-da istifadə sayına görə liderlikdə “Google”u qabaqlayıb
“ComScore” analitik şirkətinin reytinqinə əsasən, “Yahoo!” şirkətinin internet resursları iyulun yekunları üzrə ümumi istifadə sayına görə lider olaraq “Google” korporasiyasının saytlarını üstələyib.
Tarix: 22/08/13 İnternet televiziyaları “Azerspace” peyki vasitəsilə yayımlanmaq üçün təkliflər verib
“Hazırda “Azerspace-1” telekommunikasiya peyki üzərindən Azərbaycanda fəaliyyət göstərən internet televiziyalar yayımlanmır. Lakin “Azərkosmos” ASC-yə indiyədək İnternet TV-lər tərəfindən bir neçə təklif daxil olub”.
Tarix: 22/08/13 “Google” istifadəçilərin bir-birlərinə kömək etməsinə şərait yaradacaq
“Google” şirkəti “Google Helpouts” adlı yeni şəbəkə layihəsini istifadəyə verib. Sözügedən layihə vasitəsilə istifadəçilər bir-birlərinə kömək edə biləcək. Hər bir kəs ödənişli və ya ödənişsiz kömək istəyə və ya köməkçi ola bilər.
Tarix: 22/08/13 “Vine” video xidmətinin auditoriyası iki ayda üç dəfə artıb
“Vine” video xidmətinin rəsmi mikrobloquna əsasən, qısa çarxlar dərc etməyə imkan verən sözügedən xidmətin auditoriyası 40 milyona çatıb. Belə ki, iki ayda xidmətin istifadəçilərinin sayı üç dəfə artıb. Bu il iyunun əvvəlində “Vine” video xidmətinə sahib olan “Twitter” elan etmişdi ki, xidmətin aktiv auditoriyası 13 milyondur.
Tarix: 22/08/13 Xəritələrdə tıxaclar və yol nəqliyyat hadisələri haqqında məlumatları əlavə edəcək
“Android” və “iOS” əməliyyat sistemli mobil qurğular üçün “Google Maps” mobil əlavə istifadəçiləri indi “Waze” sosial naviqasiya əlavəsinin məlumatlarından yararlana biləcək.
Tarix: 22/08/13 Azərbaycanın milli “*.az” domeninin 20 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək
Bakıda avqustun 23-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın milli “*.az” domeninin 20 illiyinə həsr edilmiş konfrans keçiriləcək.
Tarix: 21/08/13 Ən təhlükəsiz brauzerlər müəyyən edilib
Mobil və onlayn proqram təminatının sınaqdan keçirilməsi üzrə ixtisaslaşmış Kaliforniyanın “Sauce Labs” şirkəti ən təhlükəsiz brauzerlərin reytinqini hazırlayıb.
Tarix: 21/08/13 “Amazon” şirkəti 45 dəqiqə saytının işləmədiyinə görə 5 milyon dollar itirib
ABŞ və Kanada sakinləri 45 dəqiqə ərzində “Amazon” onlayn pərakəndə satış şirkətinin əsas saytının xidmətlərindən yararlana bilməyiblər.
Tarix: 21/08/13 ABŞ Milli Təhlükəsizlik Agentliyi Amerika internet seqmentinin 75%-ni izləyir
“The Wall Street Journal” nəşri yazıb ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ölkənin internet kommunikasiyaları üzərindən keçən informasiyanın 75%-ni izləmək imkanına malikdir.
Tarix: 21/08/13 “Google” tərcümə xidməti “Google+” sosial şəbəkəsinə inteqrasiya edilib
İnternet nəhənginin mütəxəssisləri “Google+” sosial şəbəkəsinə “Google Translate” tərcümə xidmətini inteqrasiya edib. Beləliklə, sözügedən sosial şəbəkənin istifadəçiləri başqa dillərdə dərc edilən materialları başa düşə biləcəklər.
Tarix: 21/08/13 İlham Əliyevin 10 illik prezidentlik fəaliyyətini əks etdirən sayt istifadəyə verildi
İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı istifadəyə verilib.
Tarix: 21/08/13 “Facebook” sosial şəbəkəsində ən çox müzakirə edilən brend hansıdır?
“Statista” statistika şirkətinin dərc etdiyi məlumata əsasən, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri ən çox “Coca-cola” brendini müzakirə edirlər.
Tarix: 20/08/13 “Chrome” brauzerinə valideyn nəzarəti funksiyası quraşdırılacaq
“Google” şirkəti “Chrome” brauzerində "nəzarət edilən hesablar" funksiyasını təqdim etməyi planlaşdırır. Sözügedən yenilik sayəsində valideynlər uşaqlarının internetdəki davranışına nəzarət edəcək və müəyyən kateqoriyaya aid saytlara girişi məhdudlaşdıracaq.
Tarix: 20/08/13 İnternet vasitəsilə bank xidmətlərindən istifadə genişlənir
Yanvar-iyun ayları ərzində internet-bankinq vasitəsilə 171,4 mln. manat məbləğində 28,3 min ədəd əməliyyat həyata keçirilib.
Tarix: 20/08/13 2020-ci ilədək Çinin böyük şəhərlərində 1 Qbit/s sürətində internet olacaq
Çin 2020-ci ilədək ölkənin şəhər və kənd rayonları genişzolaqlı internet şəbəkəsi ilə əhatə etməyə çalışacaq. “Sinxua” agentliyinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının (ÇXR) dövlət şurası şənbə günü qarşıdakı 8 ildə onun həyata keçirilməsi qrafikini təqdim edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376