Tarix: 27/03/14 “Instagram” sosial xidmətinin auditoriyası 200 milyonu ötüb
Populyar “Instagram” sosial xidmətindən bildirilib ki, onun istifadəçilərinin sayı 200 milyonu ötüb. “Facebook” şirkətinə məxsus “Instagram”ın nümayəndələri, həmçinin deyib ki, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar.
Tarix: 19/03/14 “Bakinternet ” “İPv6” standartını dəstəkləyən platforma əsasında işləyəcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.
Tarix: 19/03/14 TQDK-nın göstərdiyi elektron xidmətlərinin sayı artırılıb
Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
Tarix: 19/03/14 Gənc sahibkarlar üçün yeni internet portalı istifadəyə verilib
Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı (“Youth Inc”) çərçivəsində gənc sahibkarlar üçün internet portalı – “www.youthinc.az” istifadəyə verilib.
Tarix: 19/03/14 Azərbaycanda “*.baku” yuxarı səviyyəli domeninin “ICANN”-da qeydiyyatdan keçirilməsi məsələsinə gələn il baxıla bilər
Azərbaycanın milli “*.az” domeni administratoru olan “Intrans” şirkəti “*.baku” domeninin “ICANN” (internetdə domen adları və zonaların verilməsini həyata keçirən təşkilat – Internet Corporation for Assigned Names and Numbers) korporasiyasının qeydiyyatdan keçirilməsi məsələsinə 2015-ci ildə baxmasını istisna etmir.
Tarix: 19/03/14 2018-ci ilədək 130 milyon istifadəçi videozənglərdən istifadə edəcək
“Juniper Research” analitiklərinin proqnozuna əsasən, 2018-ci ilədək videozənglər etməyə imkan verən xidmətlərin istifadəçilərinin sayı 130 milyona çatacaq.
Tarix: 18/03/14 “Facebook” sifətin tanınması sistemini mükəmmələşdirib
“The Independent” nəşri yazır ki, “Facebook” sosial şəbəkəsinin mütəxəssisləri sifətin tanınması sistemini təkmilləşdiriblər. Yeni proqram təminatı “DeepFace” adlandırılıb. Proqram sistem iki fotoşəkildə eyni insanın təsvir olunmasını 97,25 faiz dəqiqliyi ilə müəyyən edə bilir. İnsanlarda bu göstərici 97,5 faiz təşkil edir.
Tarix: 18/03/14 Xəbərin Başlığı
Новости Объявление
Tarix: 17/03/14 “WhatsApp”da səsli zənglər istifadəyə veriləcək
“iPhoneItalia” bloqu yazır ki, “WhatsApp” şirkəti eyni adlı messencerinin yeni versiyasını hazırlayır: “VoIP” zənglər dəstəklənəcək. Resurs tətbiqin yeni beta-versiyasının ekran görüntüsü bloqda yerləşdirilib.
Tarix: 17/03/14 “Huawei” 400 qiqabitlik “Ethernet” həll hazırlayıb
Çinin “Huawei Technologies” şirkəti “Xilinx” çip istehsalçısı ilə birgə sahə mütəxəssislərinə 400 Qbit-lik “Ethernet” nümunələrini nümayiş etdirib. Lakin sözügedən texnologiyanın standartlaşdırılması üçün ən azı bir neçə il vaxt lazımdır.
Tarix: 15/03/14 ABŞ polisi “FirstNet” xidmət şəbəkəsini yaradır
ABŞ-da polis, yanğınsöndürmə xidməti və digər dövlət idarələrinin ehtiyacı üçün bütün ölkə ərazisini əhatə edəcək “FirstNet” daxili kommunikasiya şəbəkəsinin yaradılması ilə bağlı plan hazırlanıb.
Tarix: 15/03/14 İnternetdə birinci domen qeydiyyatdan keçirilib
Bu gün ".com" domen zonası ad gününü "bayram edir". "Symbolics.com" birinci internet domeni 1985-ci il martın 15-də qeydiyyatdan keçirilib. Həmin il, həmçinin daha 5 domen adı qeydiyyatdan keçirilib.
"Netscape" şirkətinin "Mosaic" brauzerini istifadəyə verməsi internet adlarının populyarlaşmasında dönüş nöqtəsi olub.
Tarix: 15/03/14 Bill Qeyts: “Microsoft” da “WhatsApp” messencerini satın almaq istəyirdi
Bill Qeyts “Rolling Stone” jurnalına müsahibəsində deyib ki, “Microsoft” korporasiyası “WhatsApp” messencerini satın almaq istəyirdi.
Tarix: 15/03/14 ABŞ hakimiyyəti internet üzərində birbaşa nəzarətdən imtina etmək qərarına gəlib
ABŞ hakimiyyəti qlobal internet şəbəkəsinin idarə edilməsi üzərində birbaşa nəzarətdən həmişəlik imtina etmək qərarına gəlib. Bu barədə “The Washington Post” qəzeti ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Lourens Striklinqin sözlərinə istinadən məlumat verib. Məqalədə qeyd olunur ki, internetin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altına verilməsi tam istisna edilir.
Tarix: 15/03/14 “MSpy” şirkəti casus smartfonların satışına başlayıb
“MSpy” şirkəti sahibindən xəbərsiz əvvəlcədən casus proqramlar quraşdırılmış smartfon modellərinin satışlarına başlayıb. Bu qurğuların əsas auditoriyası öz əməkdaşlarını izləmək istəyən işə götürənlər, uşağı haqqında hər şeydən xəbərdar olmaq istəyən valideynlər, həmçinin həyat yoldaşlarıdır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376