Tarix: 26/07/13 Moskva Metropoliteni pulsuz “Wi-Fi” ilə təmin ediləcək

Moskva Metropoliteni pulsuz “Wi-Fi” şəbəkəsinin yaradılması üzrə auksionun uğurla başa çatdığını bildirib. “ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, Moskva Metropoliteninin pulsuz keçirdiyi auksionun qalibi bu müqaviləyə iddia edən yeganə şirkət olan “MaksimaTelecom” olub.
Tarix: 26/07/13 Botanika İnstitutunun saytı “AzScienceNet” şəbəkəsinə inteqrasiya edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun “www.botany.az” saytı “AzScienceNet” elm kompüter şəbəkəsində yerləşdirilib.
Tarix: 26/07/13 Artıq mobil qurğular vasitəsilə "Vikipedia"da redaktə etmək mümkündür

"Vikimedia Fondu" bloqunda dərc edilmiş yazıya görə, "Vikipedia" istifadəçiləri mobil qurğular vasitəsilə onlayn ensiklopediyanın məqalələrinə düzəlişlər etmək imkanı əldə ediblər.
Tarix: 26/07/13 “Yandeks”in yaradıcısının vəfatı ilə bağlı məlumat təkzib olundu

“Yandeks” şirkətinin direktoru Arkadi Voloj deyib ki, İlya Seqaloviç dünyasını dəyişməyib, o komadadır. “ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, Volojun sözlərinə görə, Seqaloviç süni aparata qoşulub.
Tarix: 26/07/13 “Nvidia” şirkətinin yeni mobil prosessoru inanılmaz xüsusiyyətlərə qadirdir

“Nvidia” şirkəti “Project Logan” adlanan yeni mobil prosessorunu təqdim edib. O, “Kepler” texnologiyası üzrə işlənib hazırlanmış “Kepler” qrafik soprosessorundan ibarətdir. Ötən il bu qrafik soprosessor noutbuk və masaüstü kompüterlərdə tətbiq edilib, hazırda isə planşet və smartfonlarda istifadə olunacaq.
Tarix: 26/07/13 “Baidu” şirkətinin xalis mənfəəti artıb

Milli bazarda ən böyük axtarış sisteminə malik Çinin “Baidu” şirkətinin rüblük mənfəəti bazar gözləntilərindən çox olub. Bu, son illərdə mobil sektorda reklam xərclərinin artması fonunda baş verib.
Tarix: 25/07/13 Azərbaycan dilində "Facebook" və "Twitter" sosial şəbəkələrindən istifadə üzrə 8 videotəlim çarxı yaradılıb

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) həyata keçirdiyi "XƏTDƏ" Sosial Şəbəkə Akademiyası layihəsinin hesabatını cəmiyyətə təqdim edib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə şura sədri Şahin Seyidzadə həyata keçirdikləri layihənin əhəmiyyətindən söz açıb.
Tarix: 25/07/13 “Yandex”in yaradıcısı İlya Seqaloviç dünyasını dəyişib

“Yandex” axtarış sisteminin həmyaradıcılarından biri və texniki direktoru İlya Seqaloviç dünyasını dəyişib. “ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, İlya Seqaloviç iyulun 25-də 48 yaşında xərçəng xəstəliyinin qəflətən ağırlaşması nəticəsində vəfat edib.
Tarix: 25/07/13 “Twitter”də dünyanın ən məşhur liderlərinin siyahısına Barak Obama başçılıq edir

“Twitplomacy” şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş “Twitter”də dünyanın ən məşhur liderlərinin yenilənmiş siyahısında birinci yerdə ABŞ prezidenti Barak Obama qərarlaşıb: hazırda onun mikrobloquna 34,5 milyondan çox insan abunə olub.
Tarix: 25/07/13 Zukerberq: “Bu hələ son deyil”

Bu ilin ikinci rübünün yekununa əsasən, “Facebook” şirkətinin satış və mənfəəti yeni reklam formatı və mobil xidmətlərin tətbiqi fonunda gözləntilərdən daha yaxşı olub. Müsbət xəbərlər fonunda şirkətin səhmlərinin qiyməti 21% artıb.
Tarix: 24/07/13 ABŞ və Çin zərərli DNS-trafikin əsas mənbəyidir

Ekspertlər zərərli DNS-trafikin həcminin artdığını qeyd ediblər. “Solutionary” şirkəti “OpUSA” aksiyasının keçirilməsinə dair tədqiqat keçirib. Tədqiqat çərçivəsində ABŞ-ın maliyyə sektorundakı şirkətlərə DDoS-hücumlar həyata keçirilib.
Tarix: 24/07/13 Hakerlər “Viber” messencerinin verilənlər bazasına və saytına müdaxilə ediblər

Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən "Suriya elektron ordusu" adlı haker qrupu bu gün twitter mikrobloqları vasitəsilə istifadəçilərə xəbərdarlıq edib ki, daha “Viber” mobil messencerindən istifadə etməsinlər. Hakerlər iddia edirlər ki, onlar “Viber” messencerinin istifadəçilərinin verilənlər bazasına və şirkət-operatorun saytına müdaxilə etməyə müvəffəq olublar.
Tarix: 24/07/13 “Google” istifadəçilərin sorğularını açıqladığına görə 8,5 milyon dollar ödəyəcək

“Google” şirkəti axtarış sisteminin istifadəçiləri haqqında məlumatların üçüncü şəxslərə ötürülməsində təqsirləndirilməsi ilə bağlı qaldırılan məhkəmə iddiasını həll etmək üçün razılığa gəlib.
Tarix: 24/07/13 Dünya Bankının nümayəndəsi: “Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı digər region ölkələri ilə müqayisədə üstündür”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad ilə görüş keçirilib.
Tarix: 24/07/13 Dünyada internetə orta çıxış sürəti 3 Mbit/s-ni ötüb

Veb-məzmunun tədarük şəbəkəsi “Akamai Technologies” şəbəkəsi dünyanın müxtəlif ölkələrində internetə çıxış sürəti haqqında hesabat dərc edib. 2013-cü ilin birinci rübündə keçirilmiş tədqiqatın yekununa əsasən məlum olub ki, “Ümumdünya hörümçək toru”na orta çıxış sürəti 3,1 Mbit/s olub.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248