bölmədə 5632 material var

Tarix: 23/04/13 “Twitter”də növbəti ziyanverici virus yayılıb

Kibercinayətkarlar “sındırılmış” “Twitter” akkauntlarını ziyanverici proqram təminatına istinadları yerləşdirmək üçün istifadə edirlər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətlər, maliyyə institutlarına hücumların həyata keçirilməsi üçün ənənəvi istifadə edilən, “TorRAT” ziyanvericisinin yeni versiyasının aşkar edilməsi haqda bildirirlər.

Tarix: 23/04/13 Azərbaycan Sinqapurda keçirilən “TD-LTE” sammitində təmsil olunur

Qlobal telekommunikasiya sammitlərinin təşkilatçısı olan “İnforma Telecoms” və Media qurumu dünyanın öndə gələn İKT şirkətlərinin təmsilçilərini Sinqapura toplayıb.

Tarix: 23/04/13 Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində Demokratik Gənclər İctimai Birliyi tərəfindən “Peşələri məsafədən seçək!” distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir.

Tarix: 23/04/13 Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sistem artıq aprelin 22-dən etibarən istifadəçilərin ixtiyarına verilib.

Tarix: 23/04/13 Azərbaycan rəqəmli hüquqlarının qorunmasını təmin etmək məqsədi ilə beynəlxalq layihə hazırlayıb

Azərbaycan milli və mədəni irsinin internetdə hüquqlarının qorunması məqsədi ilə beynəlxalq layihə hazırlanıb.

Tarix: 23/04/13 ƏMDK elektron portalı ictimaiyyətə təqdim edib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektron portalı ictimaiyyətə təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komitə aparatının rəhbəri İlqar Nəbiyev bildirib ki, əsas məqsədləri ƏMDK-nın vahid elektron portalda cəmləşdirilmiş elektron xidmətləri barədə vətəndaşların və biznes qurumlarının məlumatlandırılması, ictimai agahlıq və izahat işlərinin aparılmasıdır

Tarix: 23/04/13 “Facebook Home” özünü doğrultmur?

Son 10 gün ərzində “Facebook Home” platforması 500 min dəfə yüklənilib. “Technology Business Research” analitik şirkəti bildirir ki, əldə olunmuş göstərici bəzilərinin gözlədiyi kimi o qədər də yüksək deyil. Lakin onlar, həmçinin qeyd ediblər ki, bu, yaxşı başlanğıcdır.

Tarix: 23/04/13 Artıq istifadəçilər “Elektron hökumət” portalında telefon nömrəsi üzrə axtarış edə bilərlər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin növbəti yeni xidməti “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilib.

Tarix: 23/04/13 2016-cı ilədək “Google Play” “App Store”-ni ötəcək?

“Google Play” internet mağazası “Apple” şirkətinin “App Store” mağazası ilə müqayisədə daha sürətlə inkişaf edir. Proqramların yüklənmə sayına görə sözügedən xidmət artıq “alma” şirkətinin xidmətini ötməyə müvəffəq olub. Bununla belə, “Android” platforması üçün tətbiqdən əldə olunan gəlirin həcmi hələ ki azdır.

Tarix: 23/04/13 Nazirin qəbuluna elektron qaydada yazılmaq imkanı yaradılıb

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Xaçmaz şəhərində 2013-cü il, 25 aprel tarixində regionda  yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı qəbulu həyata keçiriləcək.

Tarix: 23/04/13 Yaponiya polisi məxfiliyi təmin edən internet sisteminin bağlanmasını istəyir

Yaponiyanın “Mayniçi” qəzetinin məlumatına görə, ölkə polisi birgə şəbəkədə müxtəlif resurslara müraciət etmək imkanı verən – “Tor” (The Onion Router) anonimləşdirmə sisteminin işinə qadağa qoyulması ilə bağlı məhkəmə ilə əməkdaşlıq qurmaq niyyətindədir.

Tarix: 23/04/13 “Google” cərimələnib

“Google” korporasiyası Almaniyada “Street View” xidmətinin hazırlanması zamanı parol qoyulmamış “Wi-Fi” şəbəkələrdən qanunsuz informasiya topladığına görə 145 min avro həcmində cərimə ödəməlidir.

Tarix: 22/04/13 Nostrifikasiya sistemi Təhsil Nazirliyinin “Elektron xidmətlər” bölməsinə daxil edilib

Təhsil Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən

Tarix: 22/04/13 “Facebook” məlumat axını ilə bacarmır?!

"Facebook” şirkəti Ayova ştatının Altun şəhərində məlumatların saxlanması və işlənməsi üçün mərkəzin tikintisinə 1,5 milyard dollar xərcləyəcək. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən şəbəkənin rəhbərliyinin fikrinə əsasən, mərkəzin sahəsi 130 min kvadrat metr olacaq.

Tarix: 22/04/13 Regionlardakı kəndlər də genişzolaqlı internet şəbəkəsinə qoşulur

“Aztelekom.net” internet provayderi genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə “Birinci ay qoşul, ikinci ay pulsuz”, “3 ay əvvəlcədən ödə, 4-cü ay pulsuz”, “sürətin iki dəfə artırılması”, “4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə” kimi kampaniyalara start verilib.








23 Noyabr 2024

22 11 2024